Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Silah” sözü “Google”un axtarışından itdi

Amerikalı internet istifadəçiləri “Google” axtarış siyahısında “Silah” sözünü tapa bilmirlər.
 
İKT.lent.az-ın RBC saytına istinadən məlumatına görə, “Gun” sözünün xatırlatması olan bütün sözlər itib. Belə ki, oyuncaq tapança sözlərindən başlayaraq, “Sex Pistols” və “Guns N Roses” qruplarına qədər istinadlar axtarış nəticələrindən itib.
 
“Google” əməkdaşlarının sözlərinə görə, bu, sadəcə proqram xətasıdır. Xidmət sərbəst olaraq bu adda verilən bütün sorğu və axtarışları təmizləyib. Tərtibatçılar istifadəçiləri əmin ediblər ki, yaxın müddətdə yaranmış problemi aradan qaldıracaqlar.
 
Proqramda nasazlığının yaranmasına səbəb isə belə sözlərin mütəmadi olaraq axtarışa verilməsi olub. Belə ki, bu yaxınlarda Florida ştatındakı məktəblərin birində yeniyetmə müəllim və şagirdləri güllələyərək böyük faciəyə səbəb olub. Nəticədə ABŞ prezidenti Donald Tramp ölkə ərazisində silah satışı ilə bağlı şərtlərin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edib.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018