Bu bölmə Bakcell tərəfindən təqdim olunur

10 ən güclü “Android” smartfonu - REYTİNQ

Smartfonların məhsuldarlığını sınaqdan keçirən “Antutu” xidməti 10 ən güclü “Android” cihazının reytinqini tərtib edib.
 
İKT.lent.az-ın Life.ru saytına istinadən məlumatına görə, bu siyahı artıq şirkətin rəsmi saytında dərc edilib. 
 
Reytinqəəsasən, “Huawei” şirkətinin “Mate” istehsalı olan sonuncu nəsil iki smartfonu – “Mate 10 Pro” və “Mate 10” ən məhsuldar “Android” smartfonlar olub. Üçüncü yeri “Huawei”in “Huawei Honor V10” flaqmanı tutub. Xatırladaq ki, onları güclü “Huawei Kirin 970” prosessoru təmin edir. 
 
Reytinqdə daha sonrakı yerlərdə “Snapdragon 835” prosessorlu cihazlar qərarlaşıb. Növbəti yerləri “OnePlus 5”, “OnePlus 5T”, “Nubia Z17”, “Xiaomi Mi 6” və “Xiaomi Mi MIX 2” cihazları tutub.

 

Maraqlıdır ki, “Samsung Galaxy Note 8” və “Galaxy S8+” smartfonları adıçəkilən bu flaqmanların məhsuldarlığı reytinqində son iki yeri tutublar. “Galaxy S8” smartfonu isə bu siyahıya, ümumiyyətlə, daxil olunmayıb.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018