Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünyanın ən yaxşı kameraya malik smartfonları - YENİ REYTİNQ

“Consumer Reports” analitik şirkəti ən yaxşı mobil kameraların reytinqini açıqlayıb. İKT.lent.az-ın Life.ru saytına istinadən məlumatına görə, siyahıya “iPhone X” başçılıq edir.

 

İkinci və üçüncü yerlər müvafiq olaraq “iPhone 8” və “iPhone 8 Plus” smartfonlarına verilib.


Reytinqin üçüncü sırasını “Samsung Galaxy S8+” tutur. Beşinci və altıncı yerlərdə müvafiq olaraq “iPhone 7” və “iPhone 6s Plus” durur. Reytinqin yeddinci cərgəsində “Galaxy S8”, səkkizinci yerdə isə “Galaxy Note 8” smartfonu qərarlaşıb.

Siyahıda doqquzuncu yerdə “iPhone 7 Plus” smartfonu durur. Ən yaxşı kameraya malik smartfonların onluğunu isə “Galaxy S8 Active” qapayır.

Xatırladaq ki, “DxOMark” şirkətinin reytinqində ən yaxşı kameraya malik smartfonlar arasında lider “Samsung Galaxy S9 Plus” olub. “iPhone X” smartfonu isə bu reytinqdə üçüncü yeri tutub.

LENT

21 May 2018
19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018