Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Xiaomi” 2018-ci ilin sonunda ABŞ-da satışlara başlayacaq

Çinin “Xiaomi” şirkəti 2018-ci ilin sonunda və ya 2019-cu ilin əvvəllərində ABŞ ərazisində satışlara başlamağa hazırlaşır. 

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, “Xiaomi” şirkətinin baş direktoru Ley Tzyu bildirib ki, şirkət bir telefonla məhdudlaşmayacaq. Şirkət eyni anda bir neçə növ elektronikanın satışına başlayacaq. 

Bundan əvvəl ABŞ-da onun "həmyerlisi" “Huawei” şirkəti satışlara başlayıb. Maraqlıdır ki, şirkətlər müştərək olaraq yerli operatorlarla danışıqlar aparıblar. “Huawei”in satışlara başlamasının uğuru 2018-ci ilin birinci rübünün nəticələrində – mart ayının sonunda nəzərə çarpacaq. 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018