Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Instagram”da portret rejimi olacaq

“TechCrunch” şirkətinin mütəxəssisləri populyar “İnstragram” sosial şəbəkəsinin yeni içliyində yeni funksiyaya eyham aşkar ediblər. 

İKT.lentaz-ın life.ru saytına istinadən məlumatına görə, məlum olub ki, “İnstragram”da selfi çəkmək üçün xüsusi rejim yaradılmalıdır. 

Belə ki, istifadəçilər yeni APK içliyini öyrəniblər və orada anfas insan şəkli olan fayl aşkar ediblər. Bu faylın üzərində "portrait_shutter_icon" yazılıb. 

Onların fikrincə, sosial şəbəkə portret rejimi funksiyasını sınaqdan keçirir və yaxın zamanlarda onu istifadəçilərinə təqdim edəcək. “TechCrunch” bu məsələ ilə bağlı “İnstragram” rəsmilərinə müraciət edib. Ancaq onlar bununla bağlı hər hansı şərh verməkdən imtina ediblər. 

Mütəxəssislərin fikrincə, yeni rejimdə selfinin və insanların şəkillərinin redaktə edilməsi üçün alətlər yaradılacaq. Yenilik özü-özlüyünü tanıdıb. Misal üçün, praktiki olaraq bütün müasir smartfonlarda keyfiyyətli portretin yaradılması üçün xüsusi rejim mövcuddur. 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018