Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Uşaq anasının “iPhone”unu yarım əsrlik bloka saldı

Çin sakini 2 yaşlı oğluna öyrədici videolara baxmaq üçün öz “iPhone”unu verib. 

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, körpə çoxlu sayda düzgün olmayan şifrələri yığaraq 47,5 il müddətinə anasının telefonunu bloka atıb. 

Bu məzəli hadisə bu ilin yanvar ayında baş verib. Belə ki, çinli qadın 2 yaşlı uşağını nə ilə məşğul etməyi bilmədiyindən, ona öyrədici videolara baxmaq üçün öz “iPhone” smartfonunu vermək qərarına gəlir. Uşaq isə qəflətən smartfonu bloka salır və sərbəst olaraq özü ona şifrə seçməyə başlayır. Cavan ana ondan cihazını qaytarmağı xahiş edəndə, onun üzərində artıq 25 milyon dəqiqə və ya 47,5 il müddətinə blok edilmə haqqında qeyd olur.

“Mən düz 47 il gözləyə bilmərəm”, - deyə ana 2 yaşlı uşağının əməlinə münasibət bildirərkən deyib. 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018