Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çin “WhatsApp”ının auditoriyası 1 milyard nəfəri ötdü

“WeChat” messencerinin auditoriyası qlobal miqyasda 1 milyard istifadəçini ötüb.

 

İKT.lent.az-ın “DailyComm” resursuna istinadən xəbərinə görə, bu barədə messencerin məxsus olduğu “Tencent” şirkətinin məlumatında bildirilərək ayda bu sayda insanın servisdən istifadə etdiyi qeyd olunur.
 
“Financial Times” nəşrinin məlumatına görə, 1 milyard yalnız qeydiyyatdan keçmiş hesabların sayıdır. Çünki bəzi insanların, məsələn, iş və ya şəxsi məqsədlər üçün istifadə olunan bir neçə hesabı ola bilər.
 
Qeyd edək ki, “WeChat” Çində ən populyar messencerdir. Servis vasitəsilə yazışmalar aparmaqla yanaşı, adi telefonlara zəng etmək, yemək və taksi sifariş etmək, icarəyə avtomobil götürmək və bank xidmətlərindən yararlanmaq mümkündür.
 
Servisə böyük maraq qismən Çində “WhatsApp”, “Line” və “Facebook Messenger” kimi rəqib layihələrin bloklanması ilə əlaqədardır.
 
Şirkətin 2017-ci ilin sentyabrında verdiyi məlumata görə, “WeChat” messencerinin auditoriyasının illik artımı 15,8 faiz təşkil edir. Həmçinin servisdən gündəlik təxminən 38 milyard məlumat göndərən 902 milyona yaxın insanın istifadə etdiyi bildirilib.
 
“Tencent” Çinin nəhəng internet provayderidir. Şirkət Çinin ən məşhur “QQ” messencerinin, “WeChat” mətnli və səsli məlumatların ötürülməsi üçün sistemlərin inkişafı ilə məşğuldur, eləcə də “Riot Games” şirkətinin baş səhmdarıdır.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018