Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Uber"in sürücüsüz yük avtomobilləri fəaliyyətə başladı

"Uber" şirkəti sürücüsüz yük avtomobilləri parkının fəaliyyətə başladığını elan edib.

 

İKT.lent.az-ın Hightech.fm-ə istinadən xəbərinə görə, yük maşınlarını "Uber Freight" əlavəsi vasitəsilə sifariş etmək mümkün olacaq.

 

Şirkət xidməti noyabr ayından bəri test edir, amma bu barədə yalnız indi məlumat verir. Artıq ABŞ-ın Arizona ştatında bu xidmət istifadəyə verilib. "Uber"in yük avtomobilləri yolun böyük hissəsini sürücüsüz qət edir, son bir neçə mili isə sürücülər idarə edir. Çünki pilotsuz yük avtomobilləri şose yollarda özünü doğrultsa da, şəhər küçələrində texnologiyanı bir daha test etməyə ehtiyac var.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018