Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ötən il Avropada qeydiyyatdan keçmiş patentlərin sayı açıqlandı

Avropa Patent Qurumu (European Patent Office) ötən il qeydiyyatdan keçmiş patentlərin sayını açıqlayıb. 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, bildirilib ki, “LG Group” şirkəti bu siyahıda üçüncü yeri tutub. Şirkət “Samsung Group”u və bir çox rəqiblərini qabaqlayıb. 

Birinci yeri bu siyahıda “Huawei” və “Siemens” şirkətləri tutublar. Bu şirkətlər müvafiq olaraq 2398 və 2200 patent qeydiyyatdan keçiriblər. 

“European Patent Office”nin məlumatına əsasən, ötən il 8261 patent qeydiyyatdan keçirilib ki, bu da 2016-cı ildəkindən 8,2 faiz azdır. 2016-cı ildə bu rəqəm 2821 ədəd olub. Bununla belə, 2016-cı ildə 6,5 faiz artım qeydə alınıb. 

LG şirkəti 1792 patentin qeydiyyata alınması üçün sənəd verib ki, bu da daha əvvəlki illə müqayisədə 53 faiz çoxdur. “Samsung” isə 2016-cı ilin göstəriciləri ilə müqayisədə 300 az patent qeydiyyatdan keçirib.

LENT

18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018