Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“McDonald's”dan qadınlara jest - W

“McDonald's” restoranlar şəbəkəsi martın 8-də Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tarixində ilk dəfə olaraq loqosunu dəyişib.

 

İKT.lent.az-ın xəbərinə görə, şirkət ABŞ-dakı restoranlarında M hərfini tərsinə çevirib. Beləliklə, qadınların şərəfinə W (women) hərfi əmələ gəlib. Bundan başqa, restoranların personalı da tərs loqo ilə hazırlanmış uniforma və baş geyimi taxıb.

 

“McDonald's”ın nümayəndəsi Uendi Lyuis bildirib ki, qərar dünya qadınlarının əldə etdiyi müdhiş nailiyyətlərin şərəfinə verilib. “WcDonald’s” loqosu 1 gün keçərli olub.

 

Qeyd edək ki, dünyanın 100-dən çox ölkəsində “McDonald's” markası ilə 36 mindən çox restoran fəaliyyət göstərir.

LENT

18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018