Bu bölmə Bakcell tərəfindən təqdim olunur

HTC üçün son 13 ilin ən böyük uğursuzluğu

Tayvan istehsalçısı HTC şirkətinin fevral ayında mənfəəti daha əvvəlki ayla müqayisədə 123 faiz, 2017-ci ilin analoji dövrü ilə müqayisədə isə 40 azalıb. 

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, şirkətin gəlirləri fevral ayının nəticələrinə əsasən, 89,2 milyon dollar təşkil edib. Şirkət 13 il saxladığı anti-rekordu yeniləyib. 

Mütəxəssislər bu uğursuzluğu iki səbəblə izah edirlər. Bunlardan biri bütün elektronika satışlarının cüzi satış səviyyəsidir. Digər səbəb isə aparıcı satış bazarlarında U11+ telefonlarının yox sayılmasıdır. Belə ki, cihaz ABŞ bazarında satılmır. 

Bununla belə, mütəxəssislər düşünürlər ki, martda da şirkətin gəlirləri düşməkdə davam edəcək və yalnız aprel ayında üzü yuxarı gedəcək. O zaman HTC U12 telefonunu və virtual reallıq eynəklərinin təqdimatını edəcək. 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018