Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çin 6G rabitə standartını işləməyə başladı

Bütün dünya beşinci nəsil mobil şəbəkəni istifadəyə verməyə hazırlaşdığı dövrdə, Çində 6G şəbəkə standartının tərtibatı işlərinə başlanılıb.  

İKT.lent.az-ın iLenta.com saytına istinadən məlumatına görə, bu barədə məlumat Çinin sənaye və informasiya naziri Myao Vey tərəfindən səsləndirilib.

 

Onun sözlərinə görə, iş yerlərinin əsas hissəsi maşınlarla həyata keçiriləcək və insan iştirakı ehtiyacını aradan qaldıracaq. 

Siyasətçi 6G rabitə standartının xüsusiyyətləri və onun imkanları haqqında heç bir əlavə məlumat verməyib.

Myao Vey həmçinin qeyd edib ki, Çində həmçinin beşinci nəsil mobil rabitənin tətbiqinə hazırlıq işləri aktiv davam etdirilir. Yerli operatorlar 5G-nin işləməsi üçün artıq stansiyaların və cihazların sınaqlarına başlayıblar. 

Proqnozlara əsasən, 5G məlumatların ötürülməsi sürətini saniyədə bir GB-a qədər artıracaq. Yəni mövcud olan məlumat ötürmə standartından 20-50 dəfə çox olacaq. 

LENT

17 İyul 2018
16 İyul 2018
14 İyul 2018
13 İyul 2018