Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google” 72 kubitlik kvant kompüteri yaratdı

“Google” şirkətinin tədqiqatçılar qrupu ikiölçülü massivə birləşdirilmiş 72 yüksək keçirici kubitdən istifadə edilən kvant prosessoru yaradıblar.

 

İKT.lent.az-ın Hitech.newsru.com saytına istinadən xəbərinə görə, kvant kompüterləri xüsusi bit tipi olan kubitlə əməliyyat aparır. Ənənəvi bitlərdən fərqli olaraq, bu məntiqi elementlər eyni zamanda həm “1”, həm də “0” vəziyyətində ola bilər. Bu xüsusiyyət bəzi hallarda ənənəvi alqoritmlərdən daha məhsuldar olan yeni hesablama alqoritmləri hazırlamağa imkan verir.

 

Çoxlu sayda kubitlərdən istifadə edən kvant kompüterlərinin yaradılmasında əsas problem informasiyanın oxunması və yazılması, hesablamalar zamanı səhvlərin yaranması ilə bağlıdır. Kvant kompüterində kubitlərin sayının artırılması ilə yanaşı, belə səhvlərin yaranması ehtimalı da artır. Lakin “Google”un mütəxəssisləri bu problemi həll edə biliblər.

 

Təqdim edilmiş 72 kubitlik kvant prosessoru doqquz kubitlik sələfi ilə eyni sxem üzrə hazırlanıb. Lakin yeni kompüterdə kubitlər zəncirlə birləşməyib və bir-biri üzərində yerləşmiş iki kvadratlıq 6*6 massivi yaradırlar. Bu, hesablamalar zamanı yaranan səhvləri izləməyə və düzəltməyə imkan verir. Hələlik yeni kompüterin xarakteristikaları haqqında ətraflı məlumat verilmir.

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018