Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Marsda baza yaratmağı sürətləndirməliyik” - XƏBƏRDARLIQ

“Üçüncü dünya müharibəsi təhlükəsinin mövcud olduğu şəraitdə insanlar Yerdəki həyat nümunələrini saxlaya bilmək üçün Marsda baza yaradılmasını sürətləndirməlidir”.

 

İKT.lent.az-ın “The Guardian” nəşrinə istinadən verdiyi xəbərə görə, bu sözləri Texasın Ostin şəhərində keçirilən SXSW texnoloji yarmarkasında çıxış edən İlon Mask deyib.

 

“Əgər üçüncü dünya müharibəsi baş versə, insan sivilizasiyasının toxumlarını hardasa saxlamaq lazımdır ki, sonradan hər şeyi yenidən yaradaq. Mars Yerdən xeyli uzaqda yerləşir və oradakı bazanın hər hansı zərər görməsi ehtimalı daha azdır, nəinki Aydakı bazanın”, - deyə İ. Mask söyləyib.

  

İş adamı xatırladıb ki, onun şirkəti 2019-cu ildə sınaqdan keçiriləcək və daha sonra insanları Marsa aparacaq BFR aparatı hazırlayır. O, Marsda insan məskunlaşmasının yaradılması üçün böyük resurslar tələb olunduğunu vurğulayıb.

 

İ. Mask qlobal fəlakət halında Marsın yalnız ən zənginlər üçün əlçatan olacağı fikri ilə razılaşıb. Onun sözlərinə görə, Mars missiyası çox ağır olacaq: “O, təhlükəli olacaq. Sağ qalmaq mürəkkəb məsələdir. Çox az insan ibtidai şəraitdə yaşamağa razılaşar”.

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018