Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Tramp 117 milyard dollarlıq sövdələşməni blokladı

Prezident Donald Tramp Sinqapurda yerləşən “Broadcom Limited” şirkəti tərəfindən ABŞ-ın “Qualcomm” şirkətinin satın alınmasını bloklayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, Tramp bu barədə sərəncam imzalayıb. Sərəncamda deyilir ki, “Qualcomm”un satın alınması barədə təklif, eləcə də başqa bu cür alış, birbaşa və ya dolayı birləşmə qadağan olunur. D. Tramp “Broadcom” tərəfindən birləşmiş şirkətin rəhbəri vəzifəsinə irəli sürülən 15 namizədi də rədd edib.   

 

“Alıcı və “Qualcomm” nəzərdə tutulan birləşmədən dərhal və birdəfəlik imtina etməlidir. Birləşmə əməliyyatının dayandırılmasına yönəlmiş fəaliyyətlər başa çatdırıldıqdan sonra alıcı və “Qualcomm” bu barədə Birləşmiş Ştatların xarici yatırımlara dair Komitəsinə məlumat verməlidir”, - deyə sərəncamda bildirilir.

 

Qeyd edək ki, “Broadcom” “Qualcomm”u 117 milyard dollara satın almağa hazırlaşırdı. Lakin sövdələşmə Ağ Evin narahatlığına səbəb olub. Belə ki, sövdələşmənin gerçəkləşəcəyi təqdirdə, Sinqapur şirkəti ABŞ-ın mobil cihazlar üçün ən böyük çip istehsalçılarından biri üzərində nəzarət əldə edəcəkdi.      

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018