Bu bölmə Bakcell tərəfindən təqdim olunur

2022-ci ildə kompüter təhlükəsizliyi xərcləri 134 milyard dollara çatacaq

“Juniper Research” analitik şirkətinin mütəxəssisləri proqnozlaşdırırlar ki, yaxın dörd il ərzində bütün dünyada kompüter təhlükəsizliyinə xərclər 33 faiz artacaq. 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, əgər bu proqnoz həyata keçsə, 2022-ci ildə qeyd edilən bazar 134 milyard dollara çatacaq. 

Analitiklərin məlumatına əsasən, bu məbləğin təxminən 70 faizi orta həcmli müəssisələrin payına düşəcək. Təhlükəsizlik xərclərinin kapitallaşmasına səbəb “biznesin rəqəmsal transformasiyası” və əşyaların interneti olacaq. 

Eyni zamanda 2017-ci ildə 2022-ci il müddətinə qədər məlumatlardan təhlükə doğuran zərərin ümumi məbləği 8 trilyon dollar həcmində qiymətləndirilir. Analitiklər dəqiqləşdirir ki, zərərin konkret həcmi konkret hallarda hücumların miqyası və toxunulan məlumatların xarakteri ilə bağlıdır. Belə ki, “Maersk” şirkəti təkcə 2017-ci ildə şəbəkənin “NotPetya” virusuna yoluxması sayəsində 200-300 milyon dollar itirib.

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018