Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Fitbit” uşaqlar üçün fitnes treker buraxdı

“Fitbit” şirkəti uşaqlar üçün “Ace” adlanan fitnes-treker buraxıb.

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, bu cihazın köməyi ilə valideynlər övladlarının fəallığına nəzarət edə biləcəklər. 

Bildirilir ki, “Fitbit Ace” adi fitnes qolbağı kimi çalışır, ancaq onun istiqaməti uşaq inkişafı spesifikasındadır. Cihaz 8 və daha yuxarı yaş üçün istifadəçilərə yararlıdır. O, heç olmasa saatda bir dəfə uşağı 250 addım addımlamağa stimullaşdıracaq. Bu intervalı ayrıca olaraq da müəyyən etmək mümkün olacaq. Təxmin edilir ki, uşağın aktivliyi ilə bağlı bütün məlumatlar valideynlərin telefonuna gələcək.

Treker artıq çəki ilə mübarizə üçün buraxılıb. Rəsmi məlumatlara istinadən, son 20 ildə uşaq piylənməsinin səviyyəsi 14 faizdən 18,5 faizə qədər artıb. 

“Fitbit Ace” bir dəfə enerji ilə doldurulduqda, təxminən bir həftə işləyir. Cihaz suya və toza dözümlüdür, “Adroid” və iOS əməliyyat sistemli telefonlara gedir. Məhsulun qiyməti təxminən 105 dollar təşkil edir. 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018