Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“YouTube” konspiroloji nəzəriyyələrlə mübarizəyə başlayır

“YouTube” konspiroloji nəzəriyyələrə dair populyar videolara onları ifşa edən “Wikipedia” materialını əlavə edəcək.

 

İKT.lent.az-ın “The Guardian”a istinadən verdiyi xəbərə görə, bunu Texasın Ostin şəhərində keçirilən SXSW texnologiya festivalında “YouTube” xidmətinin rəhbəri Suzan Voyjitski deyib. O bildirib ki, bu praktika yaxın aylarda tətbiq olunacaq.

 

“Wikipedia” materialından bir hissə məqaləyə istinadla birlikdə konspiroloji videonun altında yerləşdiriləcək. Bu üsulla “YouTube” dezinformasiya ilə mübarizə aparmağa və müxtəlif hadisələrə münasibətdə ümumi qəbul olunmuş nöqteyi-nəzəri yeritməyə çalışacaq.

 

Misal kimi S. Voyjitski insanın ilk dəfə Aya ayaq basması hadisəsini göstərib. Konspiroloji hekayəyə əsasən amerikalı astronavtlar əslində Ayda olmayıblar və “Apollon”ların Aya uçuşları barədə materiallar saxtadır. Bu fikri ABŞ-la rəqabətdə olan SSRİ və Rusiya kosmonavtları belə dəfələrlə təkzib etmələrinə baxmayaraq, yenə də buna inananlar var.  

 

Holokost (yəhudi soyqırımı), Yerin düz olması iddiası, illüminatlar, ABŞ-da baş vermiş 11 sentyabr 2001-ci il terror olayı və digər məsələlərlə bağlı konspiroloji videoların altında da real məlumatlar yerləşdiriləcək.  

 

Qeyd edək ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da müxtəlif konspiroloji hekayələrə inananların sayı xeyli çoxdur.

LENT

18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018