Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Fevralın ən güclü “Android” smartfonları - TOP-10

Populyar “AuTuTu” bençmarkı 2018-ci ilin fevral ayı üzrə ən yüksək keyfiyyətli smartfonların reytinqini tərtib edib.

İKT.lent.az-ın Riafan.ru saytına istinadən məlumatına görə, mütəxəssislər ən son “Android” proqram təminatı ilə çalışan smartfonları müqayisə ediblər. 

Birinci yeri daha çox bal toplayan “Huawei Mate 10” smartfonu tutub. Liderdən bir az geri qalan “Huawei Mate 10 Pro” olub. Üçüncü yerə “Huawei Honor View 10” smartfonu layiq görülüb. 

Liderlərin beşliyini “Snapdragon 835” prosessoru ilə işləyən “OnePlus 5” və “OnePlus 5T” smartfonları qapayır.

Altıncı yerdə “Zero Nutia Z17” smartfonu qərarlaşıb. Onun ardınca isə “Nubia Z17S” smartfonu gəlir. “Xiaomi - Mi 6” və “Mi Mix 2” smartfonları bu siyahıda səkkizinci və doqquzuncu yerləri tutur. Siyahını “Galaxy Note 8” smartfonu qapayır. 

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018