Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bu il Azərbaycanda 84 ədəd monitor istehsal edilib

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 84 ədəd monitor istehsal edilib. 

İKT.lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu, 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 7,7 faiz çoxdur.

Bu ilin iki ayı ərzində ölkədə 100 ədəd yaddaş qurğuları istehsal edilib ki, bu da ötən ilin iki ayı ilə müqayisədə 28,2 faiz çoxdur.

Bu ilin ərzində Azərbaycanda 2000 ədəd qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatları istehsal edilib ki, bu da 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 25 faiz çoxdur. 

Adıçəkilən dövr ərzində Azərbaycanda televizor istehsalı olmayıb. Ancaq bu ilin martın 1-nə 4 314 ədəd hazır məhsul ehtiyatı yaranıb. 

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018