Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Twitter”də kriptovalyuta qadağası

“Twitter” şirkəti kriptovalyuta reklamını qadağan etməyə hazırlaşır.

 

İKT.lent.az-ın “Sky News”a istinadən verdiyi xəbərə görə, qadağaya kriptovalyutaların satışı, kriptovalyuta birjaları, sərmayə cəlb edilməsi üçün tokenlər yerləşdirilməsi ilə bağlı istənilən reklamlar daxildir. Qərarın 2 həftə ərzində rəsmən elan olunması gözlənilir.

 

Xatırladaq ki, daha əvvəl “Facebook” və “Google” də kriptovalyuta reklamına qadağa qoyub. “Facebook” bildirib ki, şirkət çox vaxt kələkbazlıqla assosiasiya olunan maliyyə məhsullarının reklamından imtina edir. Təkcə Böyük Britaniya vətəndaşlarının son 1 ildə bu sahədə məruz qaldığı itkilər 400 min faiz artıb.  

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018