Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ hərbi donanması geympaddan istifadə edəcək

ABŞ-da yeni “USS Colorado” sualtı qayığı Hərbi Dəniz Donanmasına təhvil verilib.

 

İKT.lent.az-ın “USA Today”ə istinadən verdiyi xəbərə görə, qayıq “Microsoft”un hazırladığı məşhur “Xbox” oyun konsolunun geympadı (gamepad) ilə təchiz olunub. (Geympad iki əllə idarə olunan oyun pultudur.)  

 

Geympadın köpməyi ilə sualtı qayığın bayır müşahidə sistemi idarə olunacaq. Ənənəvi periskop yerinə qayıqda 360 dərəcə fırlanan bir neçə kamera var. Bu kameralar görüntüləri ekrana verir, bunun sayəsində müşahidəni periskopa baxan bir nəfər yox, otaqdakı bütün şəxslər apara bilir.

 

Əvvəllər kameralara coystiklərin köməyi ilə nəzarət edilirdi, lakin onlar rahat deyildi. Nəticədə coystiklərin başqa vasitə ilə əvəzlənməsi qərara alınıb. “Xbox”un geympadının digər üstünlüyü onun çox ucuz olmasıdır. Belə ki, coystik 38 min dollar olduğu halda, geympad cəmi 38 dollardır. Digər tərəfdən, geympadla iş prinsipini bütün gənc dənizçilər bilir və ciddi təlimə ehtiyac yoxdur.

 

ABŞ Hərbi Donanması digər sualtı qayıqlarda da geympaddan istifadə etməyə hazırlaşır. 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018