Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünyada pirat məhsulların ən çox istifadə olunduğu ölkələr bəlli oldu

Rusiya dünyada pirat məhsullarının istifadəsinə görə ikinci yerdədir. İKT.lent.az-ın Life.ru saytına istinadən məlumatına görə, bu barədə “Muso” şirkətinin təhlil hesabatında deyilir. 


Qeyri-qanuni kontentin istifadəsi üzrə siyahıda birinci yeri ABŞ tutur. Üçüncü yer isə Hindistana məxsusdur. 

Araşdırma şirkətinin məlumatına əsasən, 2017-ci ildə qeyri-leqal kontentə malik saytlara daxil olmanın sayı 14,4 milyarddan 20,6 milyarda qədər artıb. Rusiyada pirat məhsulların populyarlığını digər rəqəmlər də sübut edir. Belə ki, paytaxt meriyasının məlumatına əsasən, Moskva əhalisinin yalnız 17 faizi videokontentə görə pul ödəyir. 

Ümumilikdə dünya üzrə pirat saytlara daxil olmaların sayı artmaqdadır. 2017-ci ildə bu rəqəm 2016-cı ildəki göstərici ilə müqayisədə 1,6 faiz artaraq 300,2 milyarda çatıb. Qeyri-leqal məhsullar arasında daha çox populyar olan televiziya kontentidir. Onların ardınca isə pirat musiqi saytları gəlir. Bu resurslar bir il ərzində müvafiq olaraq 106,9 və 73,9 milyard ziyarətçi toplaya biliblər. 

LENT

19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018