Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” “iPhone X”-in qiymətini aşağı salacaq

Yeni nəsil “iPhone X”-in qiyməti daha əvvəlki modellərin qiymətindən bir qədər az olacaq. 

İKT.lent.az-ın Life.ru saytına istinadən məlumatına görə, bu barədə “RBC Capital” şirkətinin analitiki Amit Datyanani bildirib.

Onun sözlərinə görə, “Apple” 2018-ci ildə üç smartfon buraxacaq. Belə ki, yeni “iPhone X”-in qiyməti daha əvvəlkindən 100 dollar ucuz olacaq və təxminən 899 dollar təşkil edəcək. 6,5 düym diaqonal ekranlı “iPhone X Plus” isə 1000 dollara olacaq. Onun maye-kristal ekranlı qənaətcil versiyasının qiyməti isə 700 dollar olacaq. 

Xatırladaq ki, yüksək qiymətlər “iPhone X”-ə uğur gətirmədi. “Apple” bu günlərdə flaqmanının qiymətlərini azaldıb və yaxın zamanlarda qiymətləri bir daha aşağı salacaq. 

Bundan başqa, şirkət Yeni il ərəfəsində cihaza olan aşağı tələbat səbəbindən onun tədarükünü də iki dəfə azaldıb.

LENT

17 İyul 2018
16 İyul 2018
14 İyul 2018
13 İyul 2018