Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Android”lərdə yeni virus yayıldı

“SophosLabs” şirkəti “Android”də olan “ağıllı kompas” tətbiqində yeni virus aşkar edib. 
 
İKT.lent.az-ın Dni.ru saytına istinadən məlumatına görə, ziyanverici proqram əməliyyat sisteminin standart sistem alətləri adı altında maskalanır və cihaza yükləndikdən bir neçə saat sonra aktivləşir. Məhz bunun üçün də onu dərhal müəyyən etmək çətindir. 

Virusa yoluxmuş tətbiq artıq 500 min dəfə yüklənib. Baxmayaraq ki, artıq “Google” bu virusu “Google Play”dən silib, mütəxəssislər cihaz sahiblərinə onları antivirus proqramları ilə yoxlamağı məsləhət görürlər. Əks halda, onlar bir neçə müddətdən sonra reklamları bütün ekran boyunca görə biləcəklər. 

Mütəxəssislər qeyd edirlər ki, “Android” viruslarına daha tez-tez rast gəlinir. Bunun üçün də istifadəçilərin bir qədər diqqətli olması lazımdır.

LENT

17 İyul 2018
16 İyul 2018
14 İyul 2018
13 İyul 2018