Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Motorola”da yeni prezident və yeni smartfon 

“Motorola” şirkəti holdinqin prezident postuna Serjio Buniakın gətirildiyini elan edib. 

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, o, eyni zamanda holdinqin Direktorlar Şurasının sədridir.

 

Təşkilatın yeni rəhbəri bu şirkətdə 20 ildən artıq çalışır. Bu təyinata qədər o,  “Motorola”nın Latın Amerikadakı tamamilə bütün əməliyyatlarına rəhbərlik edib. Hazırda bu brend orada olan tamamilə bütün cihazlar arasında populyarlığına görə ikinci yeri tutur. 

 

Brend artıq bu ilin aprel ayında bazarı öz istehsalı olan yeni telefon məhsulları ilə doldurmağı planlaşdırır. Şirkət nümayəndələrinin bəyanatlarına əsasən, yeni telefon modelləri artıq apreldə satışa çıxarılacaq. İlk yenilik “Moto G6” seriyasından olan yeni korpus və maraqlı dizaynlı telefon olacaq. 

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018