Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İnsan bədənində yeni orqan tapıldı -

İnsanın bədənində yeni orqan kəşf edilib.

 

APA TV-nin məlumatına görə, ABŞ alimlərinin kəşf etdiyi orqan xərçəng xəstəliyinin bədəndə necə yayılmasının öyrənilməsində kömək olacaq.

 

"İnterstisium" adı verilən orqan dərinin altında, eyni zamanda ağciyər, damarlar və əzələlərin membranlarında yerləşir və güclü və çevik proteinlər vasitəsilə böyük bir şəbəkə formalaşdırır. Bu orqan insan bədəninin ən böyük orqanlarından biri olsa da, indiyə kimi məlum deyildi. Orqanı tapan alimlər onun digər orqanları zərbədən qorumaq vəzifəsini yerinə yetirdiyini bildirir.

 

Həkimlər onu xərçəngə aid xüsusiyyət axtararkən təsadüfən aşkarlayıb. İndiyə kimi istifadə olunan üsullar bu orqanın gec kəşf olunmasına səbəb olub.

 

Mütəxəssislər xərçəng hüceyrələrinin bu orqan vasitəsi ilə yayıldığını müəyyən edib. "İnterstisium" xərçəngin orqanizmdə yayılması üçün bir yol rolu oynayır.

 

LENT

17 İyul 2018
16 İyul 2018
14 İyul 2018
13 İyul 2018