Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Telegram” niyə işləmir? - SƏBƏB MƏLUM OLDU

“Telegram”ın yaradıcısı Pavel Durov messencerin fəaliyyətində yaranmışmış problemə aydınlıq gətirib. 

İKT.lent.az-ın Gazeta.ru saytına istinadən məlumatına görə, bu barədə Pavel Durov özünün “Twitter” səhifəsində yazıb.

O bildirib ki, buna səbəb Avropadakı serverlərin klasterində elektrik enerjisi qidalanmasının sönməsi olub.  

“@telegram serverlərinin klasterlərində qidalandırmanın söndürülməsi Avropada problemlərə səbəb olub. Öz tərəfimizdən biz işləyirik ki, bunu aradan qaldıraq. Ancaq çox şey ondan asılıdır ki, məlumatların emalı mərkəzinin provayderi enerji avadanlığını qaydasına salacaq”, - deyə Durov yazıb. 

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018