Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dronlarla “iPhone” daşıyan qaçaqmalçılar yaxalandı

Çində pilotsuz uçuş aparatları vasitəsilə qanunsuz olaraq Honkonqdan yeni “iPhone” modelləri gətirən 26 nəfərlik dəstə üzvləri polis tərəfindən saxlanılıb.  

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə yerli mətbuatda məlumat yayılıb.

 

Belə ki, dəstə üzvləri Honkonqdan Çinin cənubundakı Quandun əyalətinin Şençjen şəhərinə gecə vaxtı dronlarla “iPhone” smartfonları gətirirmiş. Dronlar Çinin materik hissəsi ilə Honkonqu ayıran ensiz boğazdan yarım dəqiqəyə keçirilirmiş. Hər drona içərisində 10 smartfon olan torba bağlanırmış. Bu yolla onlar Çinə 15 min ədəd yeni “iPhone” keçirməyə nail olublar.

 

Polis dəstə üzvlərində ümumi dəyəri 79 milyon dollar təşkil edən qaçaqmal aşkarlayaraq müsadirə edib. Bu cür qaçaqmal üsulu Çində ilk dəfə qeydə alınıb. Bu səbəblə, sərhədlərdə nəzarət tədbirləri gücləndiriləcək.  

LENT

17 İyul 2018
16 İyul 2018
14 İyul 2018
13 İyul 2018