Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çexiya rus hakeri ABŞ-a təhvil verdi

Çexiya hökuməti Praqada ilyarım əvvəl saxlanılmış Rusiya vətəndaşı Yevgeni Nikulini ABŞ-a təhvil verib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə Çexiya radiosu məlumat yayıb.

 

Kaliforniya məhkəməsi tərəfindən ABŞ-dakı obyektlərə haker hücumlarında ittiham olunan rusiyalını təhvil almaq üçün ABŞ Ədliyyə Nazirliyinin xüsusi təyyarəsi Çexiyaya göndərilib. Təyyarə ötən gecə Praqadan ayrılıb.

 

Çexiya Ədliyyə Nazirliyi faktı təsdiqləyib. “Nikulinin ABŞ-a təhvil verildiyini təsdiq edirəm”, - deyə nazirliyin mətbuat katibi Tereza Şeybalova söyləyib. Ekstradisiya haqqında qərarı ədliyyə naziri Robert Pelikan qəbul edib. Qanuna əsasən nazir başqa dövlətlərin sorğusu əsasında ölkə ərazisində saxlanılmış şəxslərin təhvil verilməsi barədə qərar qəbul edə bilər.

 

Qeyd edək ki, Yevgeni Nikulin 2016-cı il oktyabrın 5-də ABŞ-ın müraciəti əsasında Praqa şəhərində saxlanılıb. Əməliyyatda Çexiya polisi ilə birlikdə ABŞ Federal Təhqiqatlar Bürosunun (FBİ) əməkdaşları da iştirak edib. 2006-cı ilin noyabrında Rusiya hökuməti Y. Nikulinin ölkəyə təhvil verilməsi üçün Çexiyaya rəsmi müraciət edib. Haker öz vətənində internet vasitəsilə 3450 dollar oğurlamaqda ittiham olunur. Lakin Çexiya tərəfi bu müraciəti təmin etməyib.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018