Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple”a qarşı böyük məhkəmə iddiası - 64 MİN NƏFƏR

Cənubi Koreyada rekord sayda – 64 minə yaxın “iPhone” istifadəçisi “Apple” korporasiyasına qarşı kollektiv məhkəmə iddiası qaldırıb.

 

İKT.lent.az-ın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ şirkəti və onun yerli bölməsi “Apple Korea”ya qarşı kollektiv iddianı Seul Mərkəzi rayon Məhkəməsinə “Hannuri Law” hüquq firması təqdim edib. Bu firma 63 min 767 nəfər “iPhone” istifadəçisinin maraqlarını təmsil edir.

 

İddiaçılar şirkətin smartfonları yavaşlatmaqda günahkar sayılmasına və hər iddiaçıya 188 dollar kompensasiya ödəməyə məhkum edilməsini istəyirlər. Ümumi cərimə məbləği 12 milyon dollar təşkil edir. İddiaya daha əvvəl 400 min nəfərin qoşulacağı gözlənilsə də, onların əksəriyyəti lazımi sənədləri təqdim edə bilməyib.  

 

Xatırladaq ki, “Apple” köhnə “iPhone”ların işini qəsdən yavaşlatdığını etiraf edib. Məqsəd həmin cihazların özbaşına sönməsi və yüklənməsinin qarşısını almaq olub. Lakin əksəriyyət belə düşünür ki, şirkətin əsl məqsədi insanları yeni “iPhone”lar almağa vadar etməkdir.

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018