Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Elon Mask: "İflas etdim"

“Tesla”nın rəhbəri Elon Mask şirkətin tamamilə iflasa uğradığını bəyan edib.

 

İKT.lent.az-ın xəbərinə görə, E. Mask 1 aprel günü Twitter”də “Tesla”nın tam və birdəfəlik iflas etdiyi barədə qeyd paylaşıb: “Pasxa yumurtalarının satışından vəsait əldə etmək istiqamətində ciddi cəhdlərə baxmayaraq, biz təəssüflə bildiririk ki, “Tesla” tam və qəti şəkildə iflas edib. O dərəcədə ki, siz təsəvvürünüzə gətirə bilməzsiniz”.

 

Bir qədər sonra E. Mask əlində “İflas” yazılmış karton tutan fotosunu paylaşıb. “Elon “Tesla Model 3”ün yanında, “Teslaquilla” şüşələrinin əhatəsində, gözünün yaşı qurumuş və huşsuz vəziyyətdə aşkarlanıb”, - deyə o, zarafatla yazıb.

 

Qeyd edək ki, “Tesla”nın maliyyə durumu doğrudan da ürəkaçan deyil. Elektromobil istehsalçısı 2017-ci ilin 4-cü rübünü və bütövlükdə ili rekord itki ilə başa vurub. Şirkətin bazar dəyəri 14,65 milyard dollar azalıb.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018