Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Rusiya Poçtu”nun dronu sınaqdan keçə bilmədi -

“Rusiya Poçtu”nun Buryatiyada sınaq uçuşu keçirən pilotsuz aparatı məmurların və jurnalistlərin gözləri önündə yaşayış binasına çırpılıb.

 

İKT.lent.az-ın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, dron sınaq məqsədilə 2 kq yüklə 15 km məsafəyə uçmalı idi.  

 

Qəza nəticəsində dəyən ziyan 1,2 milyon rubl həcmində qiymətləndirilir. Multikopter (Rudron/Ekspeditor 3M) Rusiya istehsalıdır. O, Ulan Ude şəhərindən Tarbaqatay rayonunun Nijnıy Sayantuy kəndinə uçmalı idi. Qəzadan sonra digər 2 dronun sınağı dayandırılıb.  

 

Qeyd edək ki, “Rusiya Poçtu” yükləri və malları pilotsuz uçuş aparatlarının köməyi ilə daşımağı planlaşdırır. Dövlət qurumu gələcəkdə Rusiyanın çətin gedilən yerlərinə yükləri bu üsulla göndərməyi nəzərdə tutub. 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018