Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İran “Telegram”a əvəz tapdı

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət üzrə Komissiyasının sədri Əlaəddin Borucərdi bildirib ki, “Telegram”ı əvəz edəcək tətbiq bir neçə aydan sonra istifadəyə veriləcək.

 

İKT.lent.az-ın İranın “Mehr” agentliyinə istinadən məlumatına görə, belə bir qərar milli təhlükəsizlik baxımından qəbul edilib.

 

Çünki hakimiyyətin məlumatına əsasən, 2017-ci ilin sonunda və 2018-ci ilin əvvəllərində baş tutan kütləvi etiraz aksiyaları “Telegram”da planlaşdırılıb.

 

Bundan öncə bildirilib ki, İran parlamenti etiraz aksiyaları ilə bağlı “Telegram”ı bloklamaq imkanlarını müzakirə edib.

LENT

17 İyul 2018
16 İyul 2018
14 İyul 2018
13 İyul 2018