Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bakcell”dən beynəlxalq uşaq şahmat turnirinə dəstək

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” 1-6 aprel 2018-ci il tarixlərində Bakı şəhərində keçirilən uşaqlar arasında 17-ci beynəlxalq şahmat turnirinə dəstək göstərib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu ənənəvi turnir “Gənclik” Şahmat Klubu və Fransanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Şahmat Federasiyasının təşkilati dəstəyi ilə keçirilir. İsveçrə sistemi üzrə keçirilən turnirdə Azərbaycan, Fransa, Böyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Serbiya və Qazaxıstandan 50-dən çox gənc şahmatçı iştirak edir. Gənc, istedadlı şahmatçıları həmişəki kimi “Bakcell”dən maraqlı hədiyyələr gözləyir.

 

“Bakcell” artıq bir neçə ildir ki, ölkəmizdə keçirilən beynəlxalq uşaq şahmat turnirlərinə öz dəstəyini əsirgəmir. Özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət Proqramı vasitəsilə şirkət Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaqlara yönəlmiş genişmiqyaslı layihələr həyata keçirir.

LENT

14 İyul 2018
13 İyul 2018
12 İyul 2018
11 İyul 2018
10 İyul 2018