Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Galaxy Note 9” sahibini nəfəsindən tanıyacaq

“Samsung Galaxy Note 9” smartfonunda telefon sahibini müəyyən etməyə imkan verən yeni funksiya yaradılıb.

İKT.lent.az-ın Riafan.ru saytına istinadən məlumatına görə, yeni sistem sayəsində cihaz sahibini nəfəsindən müəyyən edə biləcək. 

Əldə edilmiş məlumatlara əsasən, yeni smartfon öz sahibini barmaq izlərinin skaneri, göz bəbəyi və nəfəsinin köməyi ilə tanıya biləcək. Telefona qazoanalizator sensoru əlavə ediləcək ki, bunun da sayəsində smartfonun üzərinə, sadəcə, nəfəs vermək bəs edəcək. 

Qazoanalizator vasitəsilə istifadəçi qandakı alkoqolun konsentrasiyasına da nəzarət edə biləcək. 
 
“Samsung Galaxy Note 9” bu ilin iyul ayında satışa çıxarıla bilər. 

LENT

17 İyul 2018
16 İyul 2018
14 İyul 2018
13 İyul 2018