Bu bölmə Bakcell tərəfindən təqdim olunur

 “Samsung Pay”in istifadəçi sayı 10 milyon nəfəri keçdi

2015-ci ilin avqust ayında istifadəyə verilmiş “Samsung Pay” ödəniş xidmətinin istifadəçi bazası 10 milyon nəfəri keçib. 
 
İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, “Samsung Electronics” şirkəti bildirib ki, xidmətin işə salındığı andan bu günə qədər “Samsung Pay” vasitəsilə həyata keçirilən ödənişlərin məbləği 17,1 milyard dolları ötüb. 
 
“Samsung Pay”ın ilk 1 milyonuncu istifadəçisi fəaliyyətə başladıqdan iki ay sonra qeydə alınıb. Fəaliyyətinin ilk ilində ödənişlərin məbləği 1,9 milyard dollar təşkil edib. İki il ərzində bu rəqəm 9,4 milyard dollar olub. 
 
“Samsung Pay” xidməti dünyanın 21 ölkəsində işə salınıb. Bura Rusiya, Hindistan, Böyük Britaniya, İspaniya, İtaliya və digər ölkələr daxildir. 

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018