Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Zukerberqdən acı etiraf: "Problemlərin həllinə illər lazımdır"

İstifadəçi məlumatlarının sızması ilə əlaqədar yaranmış problemlərin həlli üçün “Facebook”a bir neçə il lazım olacaq.

 

İKT.lent.az-ın xəbərinə görə, bunu sosial şəbəkənin yaradıcısı Mark Zukerberq deyib.

 

“Bütün bu problemlərin həlli üçün biz kifayət qədər sərmayə qoymamışıq. Mənə elə gəlir ki, biz bu dəlikdən çıxa biləcəyik, lakin buna bir neçə il lazım olacaq. Mən problemləri üç və ya altı aya həll etmək istərdim, amma reallıq ondan ibarətdir ki, bu məsələlərin həlli böyük vaxt alacaq”, - deyə Zukerberq etiraf edib.


İş adamı bildirib ki, hazırda “Facebook” təhlükəsizlik sahəsi ilə məşğul olan əməkdaşlarının ştat sayını genişləndirir: “Ötən ilin əvvəllərində bizim bu sahə ilə məşğul olan 10 min əməkdaşımız var idi. İlin sonuna bu sayı 20 minə çatdıracağıq”.

 

Xatırladaq ki, 50 milyon istifadəçinin şəxsi məlumatlarının qanunsuz olaraq “Cambridge Analytica” konsaltinq firmasının əlinə keçməsi barədə qalmaqal “Facebook”un nüfuzuna ağır zərbə vurub. Bir çox istifadəçi, o cümlədən tanınmış şəxsiyyətlər sosial şəbəkədən ayrılıb. Şirkətin bazar dəyəri isə xeyli ucuzlaşıb.

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018