Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Mask qaş düzəltdiyi yerdə göz çıxartdı - UĞURSUZ 1 APREL ZARAFATI

Aprelin 2-də Nyu York fond birjasındakı ticarət sessiyası zamanı “Tesla” şirkətinin səhmləri 5%-dən çox ucuzlaşıb.

 

İKT.lent.az-ın xəbərinə görə, səhmlər gün ərzində 13 dollardan çox ucuzlaşaraq hər səhm üçün 252,48 dollar təşkil edib.

 

“The Financial Times” nəşri investorların əhval-ruhiyyəsinə təsir göstərən əsas amillər kimi “Tesla” elektromobilinin törətdiyi qəza ilə bağlı dövlət tənzimləyicisi tərəfindən şirkətə xəbərdarlıq edilməsini, eləcə də şirkətin yeni kapital cəlb edə biləcəyinə olan şübhələri göstərir.


Ötən cümə günü “Tesla” xəbər verib ki, onun “Model X” avtomobili martın 23-də Kaliforniyada avtopilot rejimində qəza törədib, nəticədə sürücü ölüb. Nəqliyyatda təhlükəsizlik üzrə Milli Şura şirkəti aparılan təhqiqat barədə məlumatı yaymaqda günahlandırıb. Halbuki araşdırma gizli saxlanılmalıdır.

 

Paralel olaraq, aprelin 1-də şirkətin rəhbəri Elon Mask “Twitter”dən “Tesla”nın tam və qəti şəkildə iflasa uğradığını elan edib. Bu uğursuz zarafat da vəziyyətə mənfi təsir göstərib. Analitiklər bildiriblər ki, Maskın 1 aprel zarafatı maliyyə stresinin yaşandığı bir durumda bazarda anlayışla qarşılanmayıb.

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018