Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Tesla” özünə gəlir - İSTEHSAL ARTDI

ABŞ-ın “Tesla” şirkəti birinci rübdə elektromobil istehsalını ötən 3 aylıq dövrlə müqayisədə 40% artırıb.

 

İKT.lent.az-ın xəbərinə görə, bu, şirkət tarixində ən yüksək rüblük göstəricidir. Yanvar-mart aylarında 24,728 min ədəd “Model S” və “Model X”, 9,766 min ədəd “Model 3” buraxılıb. “Rüb ərzində biz istehsal və çatdırılmanın məhdudlaşdırılmasına səbəb olan amillərə tez reaksiya verərək “Model 3”ün həftəlik istehsal həcmini ikiqat artıra bildik”, - deyə şirkətin açıqlamasında bildirilir.

 

Son 1 həftədə “Tesla” 2,02 min ədəd “Model 3” buraxıb. Növbəti həftədə şirkət bu modeldən daha 2 min ədəd, eləcə də eyni sayda “Model S” və “Model X” istehsal etməyi planlaşdırıb. İlk rübdə müştərilərə 29,98 min elektromobil çatdırılıb. Bunlardan 11,73 mini “Model S”, 10,07 mini “Model X” və 8,18 mini “Model 3” olub. Yanvar-mart aylarında “Model S” və “Model X” üçün rekord sifariş qəbul edilib.

 

Məlumatın açıqlanmasından sonra “Tesla” səhmlərinin dəyəri 1% yüksəlib.

 

Xatırladaq ki, son il ərzində “Tesla”nın bazar dəyəri 15,4% həcmində azalıb. Şirkət avtomobilinin qəza törətməsi və Elon Maskın uğursuz 1 aprel zarafatı da səhmlərin dəyərinə mənfi təsir göstərib.

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018