Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Messencerlərdəki yazışmaları oğurlayan virus tapıldı  

“Trustlook Labs” məlumatların təhlükəsizliyi şirkətinin mütəxəssisləri “Cloud Modul” mobil tətbiqi adı altında yayılan və “Android” bazasında çalışan cihazların sahibləri üçün təhlükə yaradan yeni virus aşkar etdiklərini bildiriblər. 

İKT.lent.az-ın Rueconomics.ru saytına istinadən məlumatına görə, yeni troyan istifadəçilərin yazışmalarını oğurlayır və demək olar ki, bütün populyar messencerlərə çıxış əldə edə bilib. Bura “Telegram” və “Viber”, “Facebook” və “Twitter” üçün əlavələr, həmçinin “Skype” və digər messencerlər daxildir. 
 
Virusun cihaza daxil olmasından sonra zərərverici proqram təminatı istifadəçinin öz şifrəsinin təhlilinə girişi bloklaşdırır ki, bu da antivirusun onu aşkar etməsinə imkan vermir. 
 
Cihazı yoluxdurduqdan sonra virus telefonlardakı çatlarda bütün məlumatları oğurlayır və onları kənar serverə ötürür. Nəticədə bütün məlumatlar şantaj məqsədilə istifadə oluna bilər. 
 
“com.android.boxa” adlanan zərərverici tətbiq Çinin “Cloud Modul” genişlənməsi adı altında maskalanır. Virus kənar resurslar tərəfindən yayılır. Bunun üçün də istifadəçilərə proqram təminatını ancaq rəsmi “Android” mağazasından yükləmək məsləhət görülür.

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018