Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Gələn il dünyada 2,1 milyard nəfər mobil cüzdandan istifadə edəcək

“Juniper Research” analitik şirkətinin mütəxəssisləri araşdırma apararaq proqnozlaşdırıblar ki, artıq 2019-cu ildə bütün dünyada istehlakçıların təxminən 2,1 milyard nəfəri alış-veriş və pul göndərmək üçün mobil cüzdandan istifadə edəcəklər. 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, bu, 2017-ci ilin 1,6 milyard göstəricisini təxminən 30 faiz üstələyir.   
 
Analitiklər qeyd edirlər ki, Hindistanda və bəzi Afrika ölkələrində ciddi artım qeydə alınacaq.
Mütəmadi olaraq biometrik autentifikasiyada istifadə olunan NFC əsasında təklif edilən böyük təhlükəsizlik onları istər istehlakçılar, istərsə də satıcılar üçün daha da cəlbedici edir.  
 
Təxminən 20 aparıcı mobil pul qablarının imkan və perspektivlərini öyrəndikdən sonra analitiklər belə qərara gəliblər ki, inkişaf üçün daha böyük imkanlara artıq bu sahədə lider mövqelərə malik “PayPal” şirkəti malikdir. “Juniper Research” mütəxəssisləri ikinci yerə Çinin “Alipay” şirkətini qoyublar. 

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018