Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Zukerberqin Konqresdə nə vaxt ifadə verəcəyi açıqlandı

“Facebook”un yaradcısı və rəhbəri Mark Zukerberqin ABŞ Konqresində ifadə verəcəyi tarix məlum olub.

 

İKT.lent.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, M. Zukerberq aprelin 11-də Konqresin Nümayəndələr Palatasının Ticarət və enerji üzrə komitəsində çıxış edəcək.

 

M. Zukerberq istifadəçi məlumatlarının qorunması və xarici qüvvələrin sosial şəbəkədən seçkilərə müdaxilə məqsədilə yararlanması məsələləri barədə danışacaq və sualları cavablandıracaq.

 

Xatırladaq ki, “Facebook”un 50 milyon istifadəçisinin şəxsi məlumatları Britaniyanın “Cambridge Analyitica” konsaltinq firmasının əlinə keçib. Firma Donald Trampın seçki qərargahı ilə bağladığı müqavilə çərçivəsində bu məlumatlardan yararlanıb. Qalmaqalın üzə çıxması “Facebook”un nüfuzuna böyük zərbə vurub, şirkətin bazar dəyəri aşağı düşüb. Konqres üzvləri M. Zukerberqi ifadə verməyə çağırıblar.

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018