Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Keçmiş sevgilisinə minlərlə mesaj göndərən kişi həbs olundu

Fransada ayrıldığı sevgilisinə 5 ay ərzində 4,5 min mesaj göndərən kişi həbsə məhkum edilib.

 

İKT.lent.az-ın “Depeche” nəşrinə istinadən verdiyi xəbərə görə, cütlük ilyarım – 2015-ci ildən 2017-ci ilə qədər görüşüb.

 

Qısqanc kişi ayrılığa dözə bilməyib. O, 2017-ci ilin sentyabrından 2018-ci ilin fevralına qədər keçmiş sevgilisinə 416 dəfə zəng edib, ona 4252 SMS və 317 MMS göndərib. Hətta bu il fevralın 22-də xəbər vermədən qadının evinə daxil olub. Qadın polisə zəng etmək istədikdə isə onu yerə yıxaraq əllərindən tutub.

 

“O, mənim üçün yaradılıb. Mən inanclıyam. O, İsa kimi dekabrın 25-də doğulub. Mənim kimi solaxaydır, disleksikdir. Ona vurulmuşam”, - deyə kişi məhkəmədə ifadəsində bildirib. Hakim isə deyib ki, eşq xəstəliyi yayılmış haldır, lakin bu hadisə artıq zorla əldə etməyə çalışmaq deməkdir. Cavabında kişi hisslərinin ondan güclü olduğunu söyləyib.  

 

Tuluza Məhkəməsinin qərarı ilə nakam sevgili 6 ayı şərti olmaqla, 1,5 il həbsə məhkum edilib. Bundan başqa, o, bipolyar pozğunluq xəstəliyindən müalicə olunmalı və keçmiş sevgilisinə yaxınlaşmamalıdır.  

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018