Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Səudiyyə şahzadəsi “Amazon”, “Microsoft” və “Disney” rəhbərləri ilə görüşdü

Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ-ın texnoloji və əyləncə sektorunun aparıcı şirkətlərinin nümayəndələri ilə görüşüb.

 

İKT.lent.az-ın xəbərinə görə, ABŞ-a 3 həftəlik səfəri davam edən şahzadə “Amazon” online ticarət platformasının rəhbəri Ceff Bezos, “Microsoft” korporasiyasının CEO-su Satya Nadella və “Disney” studiyasının baş direktoru Robert Ayger ilə görüş keçirib. Əsas müzakirə mövzusu neft və silah ticarətinin üstünlük təşkil etdiyi ABŞ-Səudiyyə Ərəbistanı iqtisadi münasibətlərinin strukturunun dəyişdirilməsi olub. Ər Riyad yüksək texnologiyalar, əyləncə, mədəni mübadilə və turizm sahələrini inkişaf etdirməyi planlaşdırıb.  

 

“Əvvəllər biz diqqəti neft, qaz və müdafiə sənayesi üzərində cəmləşdirmişdik. Lakin indi münasibətlərimizi genişləndiririk və sosial dəyişikliklər - mədəniyyət, əyləncə, turizm sahələrində münasibətlərin inkişafını müzakirə edirik”, - deyə Səudiyyə rəsmisi Əhməd əl-Xətib deyib.    

 

Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanı ilə ABŞ-ın AMC şirkəti arasında ölkədə 2030-cu ilə qədər bu şirkət tərəfindən 100-ə qədər kinoteatr açılması haqqında müqavilə imzalanıb. Kinozallar Səudiyyə Ərəbistanının 25 şəhərində fəaliyyət göstərəcək. Ümumilikdə Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər 350 kinoteatr inşa etməyi planlaşdırıb. Bu plan şahzadənin 2030 vizyonunun tərkib hissəsidir.

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018