Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Yuliya Timoşenkonun geyimi internetdə müzakirə mövzusu oldu -

Ukraynanın sabiq baş naziri, “Batkivşina” (Vətən) Partiyasının lideri Yuliya Timoşenko aprelin 5-də Ali Radanın iclasına qeyri-adi geyimdə gəlib.

 

İKT.lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi xəbərə görə, Y. Timoşenko hərbi tərzdə geyimlə parlament zalına daxil olaraq bütün diqqətləri üzərinə çəkib. Onun bu cür geyinməsinin səbəbi “Milli təhlükəsizlik haqqında” qanun layihəsinin müzakirəsi olub. Qanun layihəsi birinci oxunuşdan keçib.   

 

Timoşenkonun geyimi internetdə müzakirə mövzusuna çevrilib. Onu Stalin və Şimali Koreya lideri Kimə bənzədənlər olub. İstifadəçilər “Döyüşkən arvad”, “Prezident kreslosu uğrunda döyüşməyə hazırlaşır”, “Fürer kimidir” şəklində reaksiyalar veriblər.  

 

Qeyd edək ki, Y. Timoşenko 2019-cu ildə Ukraynada keçiriləcək prezident seçkilərinin favoritlərindən biridir.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018