Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünyanın ən populyar televizor brendləri - TOP-5

Çinin “Xiaomi” şirkətinin televizorları dünyanın 10 ən populyar televizorlarının siyahısına daxil olub. 


İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, şirkət belə bir nəticəyə öz məhsullarının populyarlığı, həmçinin cihazların faydalı funksiyalarla təchiz edilməsi sayəsində nail ola bilib.


Populyar televizorların reytinqində birinci yeri öz rəqiblərini üstələyən Cənubi Koreyanın “Samsung” şirkəti tutub. Liderin ardınca isə LG, “Sony”, “Philips”, “Sharp” və digər brendlər gəlir. 


Onuncu yerə televizor istehsalına yeni başlamış “Xiaomi” şirkəti layiq görülüb. İlk modeli 2013-cü ildə istehsal edən şirkət hələ o zaman dünyada o qədər də tanınmırdı. Ancaq Çin bazarında bu şirkətin televizorlarına böyük tələbat vardı.

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018