Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bu ilin iki ayında “Azərkosmos” 2,3 mln. dollar gəlir əldə edib

2018-ci ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 17 ölkəsinə peyk və telekommunikasiya xidmətləri ixrac edilib.

 

"APA-Economics"ə verilən məlumata görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin mart ayı üçün sayında qeyd olunub ki, bu ilin iki ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin  ixracından 2,3 mln. ABŞ dolları məbləğində gəlir əldə edib.

 

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 79%-ni təşkil edib.

 

 

“Azərkosmos” ASC-nin 2018-ci ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir.

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018