Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Roskomnadzor” “Telegram”ı məhkəmə verdi - MESSENCER BAĞLANA BİLƏR

Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti (“Roskomnadzor”) “Telegram” şirkətinə qarşı iddia qaldırıb.

İKT.lent.az-ın qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, “Telegram”ın məhkəməyə verilməsinə səbəb şirkətin istifadəçi mesajlarını şifrələməsi üzrə açarlarla bağlı göstərilən müddət ərzində cavab verməmsidir. 

Məlumatda deyilir ki, iddia Moskvanın Taqan rayon Məhkəməsində qaldırılıb. Ancaq Taqan rayon Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, onlara belə bir ərizə daxil olmayıb. 

Xatırladaq ki, 2017-ci ilin iyulunda Rusiya Federal Təhlükəsizlik Xidməti “Telegram”dan istifadəçilərin məlumatlarının şifrələnməsi üçün açarları təqdim etməyi tələb edib. “Telegram” rəhbərliyi bu tələbi texniki olaraq mümkünsüz adlandırıb və ona bir neçə instansiyada etiraz etməyə çalışıb. Ancaq bütün bunlar uğursuz olub. Bu il martın 20-də şirkətin iddiası Rusiya Ali Məhkəməsi tərəfindən rədd edilib. 

“Roskomnadzor” messencerə təhlükəsizlik orqanlarına şifrələlənmə açarlarını təqdim etmək üçün 15 sutka vaxt verib. Bu müddət aprelin 4-də başa çatıb. 

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018