Bu bölmə Bakcell tərəfindən təqdim olunur

2018-ci ilin ən kiçik flaqman smartfonu - FOTO

Mütəxəssislər 2018-ci ilin aparıcı  cihazları arasında ən balaca smartfonu müəyyən ediblər.

 

İKT.lent.az-ın Riafan.ru saytına istinadən məlumatına görə, onların arasında ekranının diaqonalı 5 düym və ya 12,5 santimetr olan “SonyXperiaXZ2 Compact” seçilib.

 

Yığcam “rekordçunun” istehsal gücü orta olaraq qiymətləndirilib. Belə ki, iri oyunları onlarda oynamaq mümkün deyil. Smartfonun qiyməti 1475 manat təşkil edir. Onun korpusu qara, qızılı, yaşıl və çəhrayı rəngli plastindən istehsal edilib. Özündən əvvəlkindən o, naqilsiz enerji ilə doldurulmasını dəstəkləməsi və vibrasiya funksiyalarının olması ilə fərqlənir.

 

Ümumilikdə isə onun komplektasiyası “Sony Xperia XZ2” ilə oxşardır. Belə ki, kameranın genişlənməsi 19 meqapiksel təşkil edir. Onlar faza fokusu və işıq diodlu çəkimə malikdir.

 

Mütəxəssislər qeyd edirlər ki, hətta zəif işıqlandırmada çəkilişin keyfiyyəti olduqca yüksəkdir. Onun daha bir üstünlüyü cihazın 1080 r həcmində ləngidilmiş yazmaq və 4K HDR çəkilişini həyata keçirmək imkanlarıdır.

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018